Sabah saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Lənkəran rayon Səpnəkəran kənd "Sahib Əzzaman" məscidinin dini rəhbəri Tahirov Mirbaba Təyyub oğlu Lənkəran rayon Kərgəlan kənd sakini "Xural" qəzetinin cənub bölgəsi üzrə müxbiri Canıyev Aydın Məmməd oğlunun törətdiyi xuliqanlıq əməlləri ilə bağlı mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, A. Canıyev sentyabrın 7-də günün ikinci yarısında sərxoş vəziyyətdə rayonun Səpnəkəran kəndində şairə Gülüş Xəlilovanın (Cavidan) yaşadığı evə gələrək qalmaqal salıb, şairəni və onun yaxınlarını söyüb, təhqir edib, evin qapı-pəncərələrini sındırıb.Daha sonra A.Canıyev kənd məscidinə girərək axund Mirbaba Tahirovdan pul tələb edib. İstəyinə çatmadıqda məscidin də qapı-pəncərələrini sındırıb, yaxınlıqdakı adamları söyüb. Yerli sakinlərin ŞPŞ-nə etdikləri müraciətdən sonra A. Canıyev saxlanılaraq şöbəyə gətirilib. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka müddətinə azadlıqdan məhrum edilib.