Xüsusi karantin rejimi dövründə “Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir

Xüsusi karantin rejimi dövründə “Nar” abunəçilərinə səyyar və onlayn xidmət göstərməkdə davam edir
İQTİSADİYYAT
15:59 11.05.2020
441
Koronavirus pandemiyaslı ilə əlaqədar olaraq ölkədə tətbiq edilən karantin rejimi müddətində "Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
 
AZXEBER.COM xəbər verir ki, müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi üçün mobil müştəri xidmətləri və nömrələrin evə çatdırılması xidməti tətbiq edilib. "Nar” nömrəsi almaq istəyənlər evdən çıxmadan, narsim.az vebsaytından seçdikləri nömrələrin birbaşa evə çatdırılmasını sifariş edə bilərlər. Səyyar nömrə xidməti ilə Bakı, Abşeron, Sumqayıt və daha 23 şəhərdə 1000-dən çox nömrə sifarişi birbaşa abunəçilərin ünvanına çatdırlıb.  

Bundan başqa, aprelin 6-dan başlayaraq Bakı və Abşeron yarımadasını əhatə edən "Səyyar Nar” layihəsi çərçivəsində 140-dan çox müştəriyə evində xidmət göstərilib. Qeyd edək ki, "Səyyar Nar” abunəçilərə  evlərini tərk etmədən bir çox əməliyyatları birbaşa ünvanlarında əldə etmək imkanı verir. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də, SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün "Səyyar Nar”a müraciət edə bilərlər.

"Nar” xüsusi karantin rejimi dövründə abunəçilərin evdən çıxmaması üçün onlayn kanalları vasitəsilə də müştərilərə xidmət göstərməkdə davam edir. Müştəri xidməti funksiyasını yerinə yetirən sosial media səhifələri və "Nar+” tətbiqi vasitəsilə daxil olan sorğular dərhal cavablandırılır. Belə ki, martın sonlarından indiyədək  "Nar+” tətbiqinə daxil olmuş müraciətlər 2 dəfə artaraq 3,4 milyondan çox sorğu emal olunub. "Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 55 minə yaxın müraciət daxil olub. Qeyd edək ki, tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir. 

Bütün qeyd edilən xidmətlərlə yanaşı, abunəçi sorğularının fasiləsiz və operativ cavablandırılması məqsədilə "Nar” Müştəri Xidmətləri  və 777 Çağrı Mərkəzi də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Martın sonlarından aprelin sonuna qədər 777 Çağrı Mərkəzinə 705 mindən çox zəng daxil olub. 

Xatırladaq ki, "Nar”, koronavirus ("COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bütün "Nar” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub. Eyni zamanda, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindən  ödənişsiz və fasiləsiz yararlana bilirlər.
 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan