Qazaxıstanın Astana şəhərində təşkil olunan “Prezident kuboku” turnirinə start verilib. AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması turnir çərçivəsində bu gün ilk oyununu keçirib.
İranlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 2:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın heyətində Qurbanəli Əliyev və Orxan Əliyev fərqlənib.