“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"

“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
SOSİAL
11:15 11.10.2026
198
"Məktəbli formasının tətbiq olunmasında əsas məqsəd məktəblərdə təhsilin dünyəvilik prinsipini qorumaq, intizamlı və bərabər təhsil mühitini formalaşdırmaqdan ibarətdir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev deyib.

O qeyd edib ki, müasir Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir:

"Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların qarşılıqlı əlaqədə olduğu məkanlardan biri kimi tanınır. Ölkənin tarixi-mədəni inkişafında zərdüştilik, islam, xristianlıq və yəhudilik ənənələrinin özünəməxsus yeri olmuşdur. Bu dini müxtəliflik Azərbaycanın zəngin mədəni irsinin formalaşmasına təsir göstərmişdir. Müasir Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlət münasibətlərinin dünyəvilik prinsipi əsasında qurulması, dini etiqad azadlığı və qanun qarşısında bərabərlik kimi müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında din və vicdan azadlığı fundamental insan hüquqları sırasına daxildir və əsasən dünyəvilik, bərabərlik və fərdi seçim azadlığı prinsiplərinə söykənir. Ölkənin əsas Qanununa görə Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Konstitusiyamızda hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək və ya başqaları ilə birgə etiqad etmək və ya etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var. Bu mənada, dini mərasimlərin icrası ictimai qaydanı və ya ictimai əxlaqı pozmadıqda sərbəstdir”.
Dosent bildirib ki, dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməlidir:

"Heç kəs öz əqidəsini açıqlamağa və ya əqidəsindən dönməyə məcbur edilə bilməz. Dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməlidir. Bu mənada, ölkədə yad təsirlərə, milli-mənəvi dəyərlərimizə və tarixi gerçəkliyimizə uyğun olmayan yad düşüncələrdən uzaq durmalı, ideoloji təxribatlara qarşı birgə mübarizə aparmalıyıq. Dünyəvi təhsil ilə vicdan və dini etiqad azadlığı arasında tarazlığın qorunması müasir təhsil sisteminin mühüm hüquqi, pedaqoji və mənəvi məsələlərindən biridir. Bu məsələ xüsusilə uşaqların şəxsiyyət kimi formalaşması, fərqli dünyagörüşlərinə hörmət, dini dözümlülük və cəmiyyətdə birgəyaşayış mədəniyyətinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. 

Əsas prinsip ondan ibarətdir ki, dünyəvi təhsil dini etiqadın inkarı demək olmadığı kimi, dini etiqad azadlığı da təhsilin dini qaydalar əsasında təşkil edilməsi demək deyildir. Bu iki prinsip hüquqi çərçivə, qarşılıqlı hörmət və uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır”.

O bildirib ki, valideynlərin hüquqları ilə uşağın hüquqları arasında ziddiyyət yarandıqda, məsələ uşağın üstün mənafeyi əsasında qiymətləndirilməlidir:

"Xüsusilə qeyd etmək lazımdır ki, dünyəvilik dinə qarşı münasibət kimi deyil, dövlət təhsilinin müxtəlif inanclara münasibətdə qərəzsizliyi və elmi əsaslarla təşkili kimi başa düşülməlidir. Bu baxımdan, dünyəvi məktəb şagirdin dini inanclarını dəyişdirməyə çalışmamalı, eyni zamanda onun dini mənsubiyyətinə görə təhsil imkanlarını məhdudlaşdırmamalıdır. Yəni təhsil müəssisəsi qərar qəbul edərkən uşağın təhlükəsizliyini, təhsil hüququnu, psixoloji rifahını və inkişaf edən müstəqil düşüncəsini nəzərə almalıdır. Valideynlərin hüquqları ilə uşağın hüquqları arasında ziddiyyət yarandıqda, məsələ uşağın üstün mənafeyi əsasında qiymətləndirilməlidir”. 

"Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli geyim forması tətbiq olunur və bu qaydalara riayət olunması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Məktəbli geyim formasının tətbiq olunmasında əsas məqsəd məktəblərdə təhsilin dünyəvilik prinsipini qorumaq, intizamlı və bərabər təhsil mühitini formalaşdırmaqdan ibarətdir. Bu məsələdə tarazlığın qorunması yalnız məktəb rəhbərliyinin üzərinə düşən vəzifə deyil. Ailə, məktəb və dövlət arasında sıx əməkdaşlıq olmalıdır. Dövlət və xalq olaraq dünyəvi təhsilin hüquqi təminatlarını yaratmalı, vicdan azadlığını qorumalı, təhsil müəssisələrində ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalı və müəllimlərin bu sahədə hazırlığını dəstəkləməliyik. Bu prosesdə dövlət maraqları qorunmalı, cəmiyyətin inkişafı əsas götürülməli, milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşılmalı, o cümlədən vətəndaşların mənafeyi əsas məqsəd olmalıdır”,-deyə fəlsəfə doktoru bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı