Yağış Bakıda dəhşətli tıxaclara səbəb oldu - VİDEO

Yağış Bakıda dəhşətli tıxaclara səbəb oldu - VİDEO
Bütün Xəbərlər
23:46 18.12.2012
1397
Gün ərzində az qala dayanmadan yağan yağış Bakının ab-havasını tıxaca kökləyib. Tıxac isə küçələrimizə elə kök salıb ki, saatlarla onu aradan qaldırmaq mümkün olmayıb. Bu gün paytaxta yağan növbəti yağış nəqliyyatda uzunmüddətli tıxaclara səbəb olub. Mərkəzi küçə və prospektlərlə yanaşı, kənar ərazilərdə də avtomobil sıxlığı müşahidə olunurdu.Təqribən 4-5 saat davam edən tıxac ən çox Binəqədi şossesi, Ziya Bünyadov və Azadlıq prospektlərində müşahidə olunub. Bununla yanaşı, Bayıl istiqamətində hərəkət edən avtomobillər mənzilbaşına 2-3 saat gec çatmalı olub. Sürücülər isə saatlarla yolda qalmağın yanacaq və vaxt itkisinə səbəb olduğundan gileyləniblər.Paytaxtdakı uzunmüddətli tıxaclara səbəb kimi 3 iri yolun bağlanması göstərilir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bir çox yolların təmirsiz olmasını da avtomobillərin hərəkətini ləngitdiyini bildirib.Qeyd edək ki, tıxaclara səbəb bəzi avtomobillərin sönərək yolda qalması da olub.
OXŞAR XƏBƏRLƏR