Yağış yağdı, Dərnəgül yolu gölə çevrildi

Yağış yağdı, Dərnəgül yolu gölə çevrildi
Bütün Xəbərlər
12:52 01.10.2011
2308
Paytaxtın Dərnəgül hissəsində yollarda yenə xaos, sonu görünməyən tıxac əmələ gəlib. Bu barədə  iş gününün 3 saatını tıxacda keçirmiş şəxslər xəbər veriblər. 
Onların dediyinə görə, başqa günlərdə də ürəkaçan vəziyyətdə olmayan Dərnəgül yolundakı bugünkü xaosun yaranma səbəblərindən biri də yağışdır. Yolda üç yerdə dərin gölməçələr əmələ gəlib. 
Tıxacların yaranmasının başlıca səbəbi isə tikilən körpülərlə əlaqədar olaraq yol infrastrukturunun tamamilə dağılmasıdır. İşıqforların olmadığı magistralda yol kəsişmələrində "düyün"lər yaranır və onu çöxmək saatlarla vaxt aparır.
Əməkdaşlarımızın dediyinə görə, bu gün səhərdən başlayan tıxacın axşam saatlarına qədər davam etməsi labüddür. Söhbət minlərlə ağır və yüngül avtomobilin bir-birinə qarışaraq hər iki tərəfdən yolu bağlamasından gedir./// Musavat
OXŞAR XƏBƏRLƏR