“Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib” - Hökumənin atası

“Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib” - Hökumənin atası
SOSİAL
11:44 05.09.2025
779
Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Aktau yaxınlığında "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyasının ödənildiyini iddia edib. 

AZXEBER.COM xəbər verir ki, qurumun məlumatına görə, təyyarə üçün ümumilikdə 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ayrılıb. Həmçinin, qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb: "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”.

Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev isə Modern.az-a bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib: "Nə vaxt sığorta ödənişi ediblər?! Bizim xəbərimiz yoxdur, yalan söhbətdir”.

Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.

Xatırladaq ki, qəza dekabrın 25-də baş verən qəzada təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
20:27 28.10.2026
Azərbaycan-NATO hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
20:21 28.10.2026
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
20:16 28.10.2026
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
20:12 28.10.2026
Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
20:05 28.10.2026
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
20:02 28.10.2026
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
20:00 28.10.2026
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
19:28 28.10.2026
Göygöldə sakinlərlə görüşlər keçirildi - FOTOLAR
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
19:20 28.10.2026
Ədən körfəzində ticarət gəmilərinə xəbərdarlıq
AFFA 10 komandaya texniki məğlubiyyət verib
19:08 28.10.2026
AFFA 10 komandaya texniki məğlubiyyət verib
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
18:53 28.10.2026
Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları baş tuta bilər
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
18:42 28.10.2026
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
18:26 28.10.2026
"Çelsi" Mateo Kovaçiçi "Mançester Siti"dən geri qaytarmağı planlaşdırır
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
18:12 28.10.2026
Putin Afrika aviaşirkətlərini Rusiyaya uçuşlara başlamağa dəvət edib
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
17:52 28.10.2026
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb