`Yalnız bir nəfərin meyiti çıxarılıb, digərləri isə ...` - SOCAR-dan son açıqlama

`Yalnız bir nəfərin meyiti çıxarılıb, digərləri isə ...` - SOCAR-dan son açıqlama
Bütün Xəbərlər
16:52 06.12.2015
3475

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb.

SOCAR-dan APA-ya bildirilib ki, bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir.R. Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib.Qeyd edək ki, R. Həsənovun cəsədi dekabrın 4-də gecə gəmilər vasitəsilə dənizdən çıxarılıb.“Bundan sonra heç bir cəsəd çıxarılmayıb” deyə məlumatda bildirilib.Xatırladaq ki, qəza nəticəsində itkin düşmüş 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun cəsədinin çıxarılması barədə məlumat həqiqətə uyğun deyil.

OXŞAR XƏBƏRLƏR