Yanan binadan dəhşətli görüntülər - VİDEO

Yanan binadan dəhşətli görüntülər - VİDEO
Bütün Xəbərlər
14:04 11.04.2015
3161

Xətai rayonu, Nobel prospekti, Məhəmməd Hadi küçəsində yaşayış binasında baş verən yanğında sakinlərə külli miqdarda ziyan dəyib.

AZXEBER.COM xəbər verir ki, musavat.com-un əməkdaşı saat 00:00 radələrində hadisənin baş verdiyi ərazidə olub. Gecə saatları olsa da sakinlər dağılışmayıb. Yanğın söndürüləndən sonra onlara binaya daxil olmağa icazə verilib. Binaya verilən qaz və elektrik enerjisi dayandırılıb. Yanğında zərər çəkmiş ailələr mənzillərindəki vəziyyəti görəndə göz yaşlarını saxlaya bilməyiblər.

Zərərçəkənlərin sözlərinə görə, binada 50-dən artıq mənzil qismən yanıb. Binanın ön hissəsində olan eyvan və mənzillər yararsız vəziyyətə düşüb.

Hadisənin baş verməsi haqqında danışan sakinlər deyir ki, əvvəlcə həyətdəki səs-küy diqqətlərini çəkib: "Bayıra baxanda binanın alışdığını gördük. Yanğın dəhşətli sürətlə, bir göz qırpımında yayıldı. O anda keçirdiyimiz hissləri təsəvvür etmək mümkün deyil. Evdəki balaca uşaqları güclə çıxartdıq. Tüstüdən zəhərlənənlər oldu. Hərə başını götürüb bir tərəfə qaçdı".

Zərərçəkən Fazil Əsgərov pul və qiymətli əşyalarının yandığını bildirdi: "3 min manat pulum, ailəmizin bütün sənədləri yanıb. Gəlinimin hələ istifadə etmədiyi cehizlər yararsız vəziyyətə düşüb. Bunun kompensasiyasını kim verəcək bilmirik? Yenicə təmirdən çıxmış ev indi görün nə vəziyyətdədir?!"

Qeyd edək ki, hadisə nəticəsində ölənlər olmasa da, qatı tüstüdən zəhərlənənlər olub. Onlar təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, təcili tibbi yardım əməkdaşları və polis işçiləri hazırda əraziyə nəzarət edir. Gecə saatları olmasına baxmayaraq sakinlərinin bir qismi hələ də küçədədir, bir qismi isə qohumlarının evinə yerləşib. Mənzillərinə daxil olanlar isə qiymətli əşyalarını çıxarmağa çalışırlar.

Xatırladaq ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov mətbuata açıqlamasında binada 107 mənzilin olduğunu və 408 nəfərin yaşadığını bildirib.

Mənzillərə dəyən ziyan sabah dəqiqləşdiriləcək və kompensasiya məsələsinə baxılacaq. Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək