Yanan binanın qarşısında etiraz - VİDEO

Yanan binanın qarşısında etiraz - VİDEO
Bütün Xəbərlər
16:50 11.04.2015
7007
Bakıda yanan binanın sakinləri günorta saatlarından etibarən yenidən binanın həyətinə toplaşaraq dəymiş ziyanın ödənilməsini tələb edirlər.
AZXEBER.COM-un musavat.com-a istinadən məlumatına görə, ərazidə olan Xətai rayon icra hakiminin birinci müavini Rafiq Quliyev sakinlərlə görüşərək, onların kirayə evlərdə yerləşməsi üçün lazım olan vəsaitin ödəniləcəyini və ən qısa zamanda yanan mənzillərin təmir olunaraq təhvil veriləcəyini bildirib.
İcra nümayəndəsi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət komissiya binaya baxış keçirir, dəymiş ziyanı qiymətləndirir. Daha sonra sakinlərə veriləcək kompensasiyanın həcmi müəyyənləşdiriləcək.
Onu da qeyd edək ki, ötən gecə təxliyə olunan sakinlərin yerləşdirilməsi üçün icra hakimiyyəti tərəfindən heç bir yer ayrılmayıb. Yaxınlıqda qohumu olmayan sakinlər küçədə gecələməli olublar.
Sakinlərdən bəziləri yanmış evlərdə qaldıqlarını bildiriblər. İcra nümayəndəsi bu fikirlərin əsassız olduğunu deyərək, sakinlərin bir-bir qeydiyyata alındığını və hər birinə 400- 500 manat məbləğində kirayə haqqının ödəniləcəyini vurğulayıb. Sakinlərə müvəqqəti qalmaq üçün kirayə ev tapmalarını tapşırıb.
Hazırda ərazidə aidiyyatı qurumlar nəzarəti davam etdirir. Sakinlər isə yanğından sağ çıxmış əşyalarını daşımağa çalışırlar. Binanın elektrik enerjisi kəsildiyindən, lift işləmədiyindən yuxarı mərtəbələrdə yaşayanlar çətinliklə əşyaları çıxarmağa nail olurlar.
Bəzi sakinlər isə evlərindən oğurluq olduğunu deyirlər. Musavat.com-un kamerası önündə göz yaşlarıyla danışan Solmaz Eyvazova gəlininin qızıl əşyalarının və böyük məbləğdə pul vəsaitinin oğurlandığını deyir.
Digər tərəfdən sürücülərin yanan binaya olan marağı, sürəti azaldaraq tamaşa etmələri yolda nəqliyyatın hərəkətini çətinləşdirib. Bu səbəbdən polis gün ərzində yolda hərəkəti tənzimləyib.
Zərərçəkənlərin bir qismi televiziyaların xəbər siyasətini də tənqid edərək hadisənin obyektiv qiymətləndirilmədiyini deyirlər: “Dünən xəbər verirlər ki, iki mənzil yanıb. Bu qədər yalan olar. 60 mənzil külə dönüb, insanlar küçələrdə qalıb. Televiziyalar isə dünəndən yanğın görüntüsü verir. Bəs bu insanların problemini kim verməlidir?”
Qonşu binaların sakinləri də əraziyə gələrək, yaşadıqları binanın tez alışan “penoplas” örtüklər üzləndiyini və bu təhlükənin onları da gözlədiyindən narahat olduqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb