YAP 11 martla bağlı maraqlı fakt ortaya çıxartdı

Bütün Xəbərlər
07:30 05.03.2011
1639

"Bəzi dairələr guya Azərbaycan gəncliyini öz ətrafına yığaraq nə isə etmək istədiyi haqqında fikirlər səsləndirir. Əslində bu gün sosial şəbəkədə olan həmin prosesi izləsək, burada eyni adamların müxtəlif adlar altında guya, "11 mart" adlı hərəkat düzəltdiyini görmüş olarıq", - Qurbanlı bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdə təhsil alan, yaşayan azərbaycanlıların adından informasiyaların yayıldığını müşayiət etmək olar.

"Narahatedici məqam odur ki, ermənilər həmin şəbəkəyə daxil olaraq bu hərəkətə dəstək olduqlarını bildirirlər. Maraqlıdır, 11 martda Azərbaycan gənclərini küçələrə çağıran şəxslər özləri xaricdə ola-ola bunu necə edəcəklər və ya erməni gənclər gəlib Bakıda mitinq keçirəcəklərmi?", - hakim partiyanın icra katibinin müavini qeyd edib.

O, bildirib ki, Yeni Azərbaycan Partiyasının sosial şəbəkədə iştirak edən gəncləri də birmənalı olaraq, əslində bu mövzunu ortaya atanların arxasında sosial gücün olmadığını bildirirlər.

Qurbanlı Azərbaycanda bu gün ictimai-siyasi sabitliyin mövcud olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR