YAP-çı gənclərin sədri sosial şəbəkələrdən danışdı
GƏNCLİK
00:01 19.09.2012
1568
“YAP Gəncləri Birliyi olaraq daim sosial şəbəkələrdə fəal olmağa çalışırıq. Bilirsiniz ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Onlar müəyyən qruplar yaradaraq özlərinin həqiqətdən kənar fikirlərini yaymağa çalışırlar. Təbii ki, biz bu prosesdə seyrçi ola bilmərik. Ona görə də, elə onların yaratdığı qruplarda qarşı tərəfə tutarlı cavab veririk”.AZXEBER.COM-un məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.S.Orucov bildirib ki, partiyamızın gəncləri sosial şəbəkələrdə, xüsusilə facebook-da qruplar yaradıblar. Onların sırasında “Azərbaycan 2013: QƏLƏBƏ” qrupu artıq böyük rəğbətlə qarşılanır. Belə ki, bu qrupda ən müxtəlif məsələlər haqda fikirlər bildirilir, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur.