YAP-dan Elşad Abdullayevə ilk zərbə

YAP-dan Elşad Abdullayevə ilk zərbə
Bütün Xəbərlər
15:48 01.10.2012
2612
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.
 Modern.az-ın məlumatına görə, bu barədə hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, məlum qalmaqaldan sonra Elşad Abdullayev partiya üzviliyindən çıxarılıb.
S.Novruzov daha sonra bəyan edib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə heç vaxt Elşad Abdullayevin namizədliyini dəstəkləməyib.
Qeyd edək ki, ABU-nun sabiq rektoru hakim Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının üzvü idi.
OXŞAR XƏBƏRLƏR