YAP GB-də Cəbrayıl və Fizuli rayonlarının işğalı müzakirə olunub

YAP GB-də Cəbrayıl və Fizuli rayonlarının işğalı müzakirə olunub
GƏNCLİK
18:10 23.08.2013
1715

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) baş ofisində Cəbrayıl və Fizuli rayonlarının işğal olunmasının 20 ildönümü münasibətilə tədbir keçirilib. 

AZXEBER.COM-un xəbərinə görə, GB-nin üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edən ofisinin rəhbəri Sərraf Balaxan bildirib ki, 1993-cü ilin bu günündə Azərbaycanın tarixində “ağrılı” və faciəli hadisə yaşanıb. Cəbrayıl və Fizuli rayonlarının erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu deyən ofis rəhbəri qeyd edib ki, vətəni uğrunda şəhid olan insanların vətən torpaqlarına qayıtmaq arzusunu məhz gənc nəsil reallaşdırmalıdır: “Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə rəğmən, hələ də Azərbaycan torpaqları ermənilərin işğalı altındadır. 20% torpaqlarımızın işğaldan azad olunacağı şübhəsizdir. Biz gənclərin öhdəsinə düşən əsas məqamlardan biri də bu işğal barədə yetərincə məlumat toplamaq və bu məlumatları dünyaya çatdırmaqdır”.

Tədbirin davamında Cəbrayıl və Fizuli rayonlarının işğalına həsr olunmuş film nümayiş etdirilib. 1992-1993-cü illərdə hər iki rayonda gedən döyüşlərin kadrlarının yer aldığı filmdə Cəbrayıl və Fizulinin işğal olunmasının səbəbləri barədə məlumat verilib.

Daha sonra hər iki rayonun işğalı ilə bağlı əldə etdikləri məlumatlar barədə danışan gənclər, tezliklə Azərbaycan torpaqlarının düşməndən azad olunacağını vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR