YAP Gənclər Birliyi Xocalını anıb

YAP Gənclər Birliyi Xocalını anıb
GƏNCLİK
14:10 25.02.2013
1523

Tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri, soyqırımılar, faciələr müstəqilliyimizi qazandıqdan sonra beynəlxalq ictimaiyyətə təqdim edilib.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri dünya tərəfindən öz siyasi-hüquqi qiymətini tam şəkildə ala bilməmiş soyqırımı əməlləri içərisində Xocalı ən dəhşətlisidir.Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov təşkilat tərəfindən keçirilən “Xocalı faciəsinin anım günü”ndə deyib.YAP Gənclər Birliyinin sədri deyib ki, bu faciənin bütün dünyada tanınması üçün ölkə başçısı, həmçinin Heydər Əliyev Fondu və onun vitse-prezidenti Leyla Əliyeva əlindən gələni edir.“Məhz L.Əliyevanın təşəbbüsü ilə bu yönümdə bir çox tədbirlər keçirilir. İnanırıq ki, bütün dünya ictimaiyyəti bunu soyqırımı kimi qəbul edəcək”.Daha sonra millət vəkili  Bəxtiyar Əliyev vurğulayıb ki, ermənilər Azərbaycan xalqına qarşı istər XIX əsrin sonlarında, istərsə də XX əsrdə bu cür qəddarlıqlar törədiblər.“Necə olur ki, Avropa Şurası cinayətkarları Haqa məhkəməsinə çıxarır və cəzalandırır, amma burada dinc əhalini vəhşicəsinə qətlə yetirən quldurlar cəzalandırılmır? Xocalı faciəsi olan zaman bütün dünya televiziyaları və qəzetləri bunu göstərdi. Onlar özləri də bunu görüb şok vəziyyətinə düşmüşdülər. Ancaq dünya ölkələrinin bir çoxu bu qəddarlığa hələ də göz yumur”.Millət vəkilinin sözlərinə görə, ermənilər hələ ta qədimdən ölkəmizin bir çox bölgələrinə – Gəncə, Naxçıvan, Sumqayıt, Qarabağ, Bakı və digər ərazilərə göz dikiblər və hücum ediblər. Ancaq təəssüf ki, bu zalımlar hələ də cəzasızdırlar”.Millət vəkili bu faciə zamanı Serj Sarkisyanın səsləndirdiyi bəyanatı xatırladıb:“O demişdi ki, biz ermənilər azərbaycanlılara sübut etdik ki, ermənilər dinc əhaliyə də hücum edə bilər. Biz bu gücə də sahibik. Mən inanıram ki, bu soyqırımını siz gənclər də sosial şəbəkələrdə müxtəlif xarici dillərdə bütün dünya ölkələrinə yayacaqsınız. Çünki, biz vətənpərvərik, biz sülhsevərik”.Millət vəkili Mübariz Qurbanlı isə deyib ki, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində görülən işlər göz önündədir.“Artıq Kolumbiya, Meksika, Pakistan, Çexiya parlamentləri bu hadisəni soyqırımı kimi, ABŞ-ın 6 ştatı isə faciə kimi tanıyıb. Bu qəddarlıq, dinc əhaliyə qarşı törədilmiş soyqırımı faktı xalqımızın yaddaşından silinmir”.Millət vəkili maraqlı bir nüansa toxunaraq deyib ki, bu gün sosial şəbəkələrdə yazılır ki, Azərbaycan birinci özü Xocalını soyqırımı kimi tanısın, sonra dünya ölkələrinə bu haqda nəsə deyər.“Bu çox səhv və savadsız bir düşüncədir. Çünki hələ ulu öndər bunu 1992-ci ildən soyqırımı kimi qəbul edən sənəd imzalayıb. Dəfələrlə də deyilib ki, Xocalı soyqırımıdır. Düşünürəm ki, bunu bu cür səhv təbliğ edənlər öz vicdanları qarşısında cavab verməlidirlər”.M.Qurbanlı həmçinin Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında yazılanlara da toxunaraq deyib ki, elə burada xalqımıza qarşı törədilən hadisələr qeyd edilib.“Bu onlara qarşı elə onların özü tərəfindən olan bir sübutdur. Buna görə də, siz gənclərin üzərinə bu gün böyük öhdəliklər düşür ki, siz də bunların öhdəsindən layiqincə gəlirsiniz. YAP Gənclər Birliyinin ABŞ-ın bir neçə dövlət departamentlərinə etiraz məktubları göndərməsi çox təqdirə layiq bir haldır. Ancaq siz bununla kifayətlənməməlisiniz. Çalışmalıyıq ki, bütün dünya ermənilərin qəddar, quldur, işğalçı bir siyasət yürütdüyünün şahidi olsun və onları tanısın”.Daha sonra S.Orucov bildirib ki, tədbir Xocalı soyqırımı ilə bağlı fləşmob aksiyası ilə davam edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər