xari

YAP seçkilərə bu namizədlərlə gedəcək - Siyavuş Novruzov açıqladı

SİYASƏT
15:25 05.12.2019
2762
Yeni Azərbaycan Partiyası 5 il müddətində öz deputatları ilə bağlı təhlillər aparır.

AZXEBER.COM bildirir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Müsavat qəzetinin canlı yayımında deyib. O bildirib ki, seçki elan olunandan sonra kimin hansı dairədən namizədliyinin irəli sürüləcəyi müəyyən olunacaq:

"Bizim 71 nəfər deputatımız var idi. Onlardan yeni vəzifələrə təyinat alanlar, dünyasını dəyişənlər oldu. Hazırda 68 nəfər deputatla təmsil olunuruq. Bu deputatlarla bağlı təhlillər aparırıq.

S. Novruzov bu təhlillərin nədən ibarət olmasına da aydınlıq gətirib:

"Deputatların seçicilər arasındakı nüfuzu, davranış qaydaları, parlamentdəki çıxışları, dövlətçiliyi müdafiəsindəki mövqeyi, partiyanın qərarlarının yerinə yetirilməsi, mətbuatdakı rolu, sosial şəbəkələrdəki iştirakı, beynəlxalq təşkilatlarda təmsilçiliyi və apardığı işlər təhlil olunur. Yerlərdə də bu təhlil işləri mütəmadi olaraq aparılır. Onsuz da buna qədər də müxtəlif rayonlarda, paytaxt Bakıda bizim 50-yə yaxın müxtəlif görüşlərimiz olmuşdu”.

Millət vəkili qeyd edib ki, təhlillərin nəticələri mütəmadi müzakirə olunur:

"Hazırda bu müzakirələr demək olar ki, başa çatıb. Partiyanın sədrinin yanında da bu müzakirələrə davam ediləcək. Seçkidə iştirak edəcəklər arasında hazırda Milli Məclisin üzvü olan deputatlar da var. Eyni zamanda partiyaya yeni gənclər də gəlib. Onlar arasında xaricdə təhsil alanlar, öz ixtisaslarını güclü bilənlər də var. Bu cür gənclərdən də istifadə edəcəyik.”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:59 20.01.2021

“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini anıb: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi

22:48 20.01.2021

Cəlilabadda qar fəsadlar törədib

21:46 20.01.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzi 20 Yanvar Şəhidlərini yad edib - FOTOLAR

21:35 20.01.2021

ABŞ-ın yeni prezidenti : “Demokratiya qalib gəldi”

20:36 20.01.2021

DİN-in "Telegram" kanalında yenilik - FOTO

19:55 20.01.2021

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO

18:49 20.01.2021

İsrail səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

18:29 20.01.2021

Ziyalılar Prezidentə Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət etdilər - FOTOLAR

18:07 20.01.2021

Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”

18:05 20.01.2021

Nigar və Aygün bu dəfə şəhidlərə mahnı həsr etdi - Video

16:35 20.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

16:10 20.01.2021

“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” - Paşinyan

16:07 20.01.2021

Əfv Komissiyasının üzvü: “Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir”

15:35 20.01.2021

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

15:11 20.01.2021

Mikayıl Cabbarov: "2030-cu ilə qədər Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"

14:38 20.01.2021

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu