YAP sərt danışdı: Bu qərar “ləkə”dir

YAP sərt danışdı: Bu qərar “ləkə”dir
MARAQLI
13:28 24.01.2012
1444

“Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu”.

AZXEBER.COM-un məlumatına görə, bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu qanun tək Türkiyəyə qarşı deyil. Onun hədəfində olan bəlkə də daha çox insan haqlarıdır, sərbəst düşünmə tərzidir. Əhmədovun fikrincə, bundan sonra demokratik dəyərlərin təbliğatçısı kimi Fransanın səmimiliyinə inam ciddi şəkildə azalacaq. YAP-ın sədr müavini bildirib ki, Fransada qəbul olunan bu qanun Azərbaycanın da maraqlarına toxunur. Əhmədovun fikrincə, bu qanunun qəbulu Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsini göstərir. "Azərbaycanda bu ölkəyə qarşı olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq", - Əhmədov deyib. Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib. Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur. Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
15:53 04.11.2026
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
Hər doğulan uşağa 1500 manat veriləcək - Deputat artım haqda danışdı
15:52 04.11.2026
Hər doğulan uşağa 1500 manat veriləcək - Deputat artım haqda danışdı