YAP siyasi partiyaların təkrar qeydiyyatdan keçirilməsini təklif edir

YAP siyasi partiyaların təkrar qeydiyyatdan keçirilməsini təklif edir
Bütün Xəbərlər
16:20 28.01.2011
1778

Bunu APA-ya açıqlamasında YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, təklif olunan birinci blok partiyaların hüquqi təsnifatı, yəni, onların yenidən qeydiyyata alınması ilə bağlıdır: “Bu, qanunda əksini tapsa, yaxşı olar. Hesab edirik ki, partiyaların təkrar qeydiyyatı prosesinə baxılmalıdır. Çünki partiyaların hətta ticarət, alış-veriş obyektinə çevrilməsi halları da olub. Məsələn, bir adam 1991-92-ci ildə partiya yaradıb. Başqa birisi gəlib o partiyanı alıb sədri olub. Azərbaycanda bu cür hallar olub, buna onlarla misal çəkə bilərəm. Hesab edirik ki, hər hansı siyasi partiya seçicilərin - hazırda seçicilərin sayı təxminən 5 milyondur - 0,1 faizinin, yəni 5 mininin imzasını yığıb təqdim edirsə, qeydiyyata alına bilər. Başqa dövlətlərdə bu təcrübə mürəkkəbdir, biz daha asan variant təklif edirik. Məsələn, Ukraynada həmin imzaların hansı şəhərdən nə qədər toplanılması kimi şərtlər də var. Biz isə imzaların 125 Seçki Dairəsinin 50%+1-dən toplanmasını təklif edirik. Çünki partiya bir kəndi, yaxud bir şəhəri deyil, ölkəni təmsil edir. Belə məhdudiyyət olmasa, sabah bir kənd, ya qəsəbə durub deyər ki, imza toplamışıq, partiya yaradırıq”.

S. Novruzov bildirib ki, YAP-ın təkliflərinin ikinci hissəsi dünya praktikasına əsasən, bir neçə il fəaliyyət göstərməyən partiyaların qeydiyyatının ləğv olunmasından ibarətdir: “Üçüncü məsələ isə partiyaların maliyyələşməsi ilə bağlıdır. Biz maliyyələşmə ilə bağlı üç şkala təklifini irəli sürmüşük. Bəzi partiyalar maliyyə yardımını bir, bəziləri iki, bəziləri isə üç şkala üzrə alacaq. Belə ki, dövlət qeydiyyatından keçən partiyaların hamısına maliyyə yardımı ayrılması nəzərdə tutulub - bu, birinci şkaladır. İkinci şkalada parlament seçkilərində iştirak edib aldığı səslərin miqdarı, üçüncü şkalada isə parlamentdə qazanılan yerlərin sayı götürülür. Bu, çox ədalətli üsuldur. Bunun üçün isə əvvəlcə qanunun qəbulu, sonra isə partiyaların qeydiyyata alınmasına başlamaq lazımdır. Yəni, hazırda dövlət qeydiyyatına alınmış partiyalar da yenidən qeydiyyata alınmalıdır”.

Xatırladaq ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqında” qanun 1992-ci ildə qəbul olunub.


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov