YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi gənclərlə görüşlərini davam etdirir.
AZXEBER.COM-un məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP)Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi (GB) Prezident seçkiləri öncəsi seçki kompaniyası müddətində keçiriləcək tədbirlərlə bağlı gənclərlə görüşlərini davam etdirir. YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin aktiv üzvlərinin iştirak etdiyi görüşdə, öncəYAP Sumqayıt şəhər təşkilatını Gənclər Birliyinin gördüyü işlərlə bağlı hesabatı təqdim edilib və hesabat ətrafında müzakirələr olub. Daha sonra seçkidə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, gənclərdən təkliflər alınıb.
Müzakirələrdə aktiv iştirak edən gənclər seçki kompaniyasında daha müasir təbliğat üsulları təklif edib. Bu üsullarda istifadə edərək daha effektiv təbliğat aparılmasını mümkünlüyünü qeyd ediblər.
Gənclərin təklifləri nəzərə alıb və təbliğat işində istifadə edilməsi üçün YAP Gənclər Birliyi ofisinə təqdim edilib.
![](/file/pic/xeber/2013-09-10/86347.jpg)
![](/file/pic/xeber/2013-09-10/86351.jpg)
![](/file/pic/xeber/2013-09-10/86354.jpg)
![](/file/pic/xeber/2013-09-10/86357.jpg)
![](/file/pic/xeber/2013-09-10/86359.jpg)