“Müsavat” qəzetində Azərbaycanda bu il keçiriləcək prezident seçkisi haqda yeni məlumat yayımlanıb.
Xəbərdə qeyd edilib ki, Azərbaycanda keçiriləcək prezident seçkisinə 6 ay qalır və zaman anlamında Azərbaycan addım-addım kritik nöqtəyə yaxınlaşır. Bu il YAP prezident seçkilərində yeni namizəd irəli sürəcək.
AZXEBER.COM məsələ ilə bağlı deputat Jalə Əliyevanın münasibətini öyrənib. Millət vəkili AZXEBER.COM-a verdiyi açıqlamasında məlumatın həqiqətəuyğun olmadığını bildirib: “Dəfələrlə Yeni Azərbaycan Partiyası bununla bağlı bəyanat verib, buna baxmayaraq hələ ştat verilməsə də, YAP-ın qərarı məlumdur. Yeni Azərbaycan Partiyası hər dəfə olduğu kimi, bu il də hazırkı prezident iİlham Əliyevin namizədliyini irəli sürəcək. Mənə belə gəlir ki, artıq düşünməyə gərək yoxdur, çünki iqtidar tərəfi öz qərarını verib.”
Fatimə İbrahimova