Yaponiyada 5,8 maqnitudada zəlzələ baş verib

Yaponiyada 5,8 maqnitudada zəlzələ baş verib
DÜNYA
10:03 26.06.2026
398
Yaponiyada 5,8 maqnitudada zəlzələ olub.

AZXEBER.COMxəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi xəbər verib.

Məlumata görə, zəlzələnin episentri Tokio yaxınlığında yerləşən Tiba prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Yeraltı təkanlar Tokioda da hiss olunub.

Xatırladaq ki, iyunun 25-də Yaponiyada 7,2 maqnitudada zəlzələ olub, nəticədə 10 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR