Tanınmış aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə evləndi.
AZXEBER.COM portalının məlumatına görə, təxminən bir aydır bərabər olan cütlük, bu gün ailə həyatı qurub. Toy Türkiyənin İzmit şəhərində baş tutub. Buna səbəb isə, Tolqa Karelin serial çəkilişi ilə əlaqədar olaraq İzmit şəhərində olması olub. Seka Parkdakı oteldə keçirilən nikahda Tolqa Karel“Sevdiyim qadınla ailə həyatı qururam. Buna görə çox xoşbəxtəm” deyib.