Yardımlı və Masallı gəncləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər

Yardımlı və Masallı gəncləri İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər
Bütün Xəbərlər
18:16 19.02.2013
1414

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov və Milli Məclisin bir neçə deputatı Yardımlı və Masallı rayonlarında YAP üzvləri və gənclərlə görüş keçirib.AZXEBER.COM-un məlumatına görə, görüşdə İlham Əliyevin növbəti 5 ildə prezidentliyə namizədliyinin irəli sürülməsi dəstəklənib.Qeyd olunub ki, cənub bölgəsinin sakinləri prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir.Tədbirdə vurğulanıb ki, Yardımlı rayonunda 3 minə yaxın olan Yeni Azərbaycan partiyasının yarısını gənclər təşkil edir.Bildirilib ki, bu gün əksər gənclər də İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyini dəstəkləyir.Qeyd olunub ki, rayonlarda fəaliyyət göstərən YAP sədrləri və partiya üzvləri gəncləri görüş keçirməli onların qayğıları ilə maraqlanmalı qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlaşmaları tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR