Bakıda piyadanın vurulması ilə nəticəələnən yol nəqliyyat hadisəsi baş verib. Yasamal rayonu, Moskva prospektində qeydə alınmış qəza zamanı yolu keçmək istəyən piyada – 36 yaşlı Məmmədəliyev Əlmuraz Mahal oğlu hərəkətdə olan “Mercedes” markalı avtomaşının zərbəsilə üzləşib. Xəsarət almış yaralı həmin avtomaşının sürücüsü tərəfindən 1 saylı xəstəxanaya çatdırılıb.
Yaralı Əlmuraz Məmmədəliyevə dərhal tibbi yardım göstərildikdən sonra növbəti müalicə üçün xəstəxanaya yerləşdirilib.
Baş vermiş avtoqəza ilə əlaqədar Yasamal polisi tərəfindən araşdırmalara başlanılıb və sürücünün ifadəsi alınıb. İlkin ifadəsi zamanı o, piyadanın qəfildən yola daxil olduğunu bildirib. Hazırda araşdırmalar davam edir.