Yaşar Nuridən xoş xəbər var

Yaşar Nuridən xoş xəbər var
MƏDƏNİYYƏT
08:04 05.10.2012
1693
Aylardan bəri Türkiyənin İstanbul şəhərində müalicə olunan Azərbaycanın xalq artist Yaşar Nurinin səhhətindəki problemlər aradan qalxmaqdadır.
Telefonla verdiyi açıqlamada aktyorun qızı Ülkər Nuriyeva Yaşar Nuri pərəstişkarlarını şad xəbərlə müjdələyib: “Həftəsonu atam Azərbaycana qayıdacaq. Həkimlər artıq səhhətində hər şeyin qaydasında olduğu qənaətindədirlər. Ailəmiz adından bütün Yaşar Nuri pərəstişkarlarına təşəkkür edirik”.
OXŞAR XƏBƏRLƏR