Noyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində “Yaşıl Qafqaz” jurnalının təqdimat mərasimi olub. Mərasimi giriş sözü ilə jurnalın təsisçisi, Yaşıllar Partiyasının həmsədri, politoloq Mais Güləliyev açıb. O, jurnalın nəşrini qlobal problemlərlə və regional problemlərlə əlaqələndirib və qeyd edib ki regionda baş verən hadisələri dərk etmək üçün qlobal problemlərin öyrənilməsi vacibdir: “Jurnalda daima enerji, ekoloji və ərzaq problemləri işıqlandırılacaq”. “Yaşıl Qafqaz”ın baş redaktoru Arzu Abdulla jurnalda daima söz azadlığının və insan haqlarının qorunacağını deyib: “Biz ilk gündən “Yaşıl Qafqaz” hamımızın evi olsun!” dedik və bu fikrimizə sonadək sadiq qalacağıq. Jurnalda hər kəs fikrini çatdıra bilər, buyurun, “Yaşıl Qafqaz”ın qapıları hamının üzünə açıqdır”. Akademik Qüdrət İsakov, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev, “Geo-Turan” Təkilatının sədri Arif İbrahimov, şair Mübariz Məsimoğlu, “Var.az” saytının direktoru Aynur Elgünəş, İstehlakçılar və Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov, Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov, Liberal Partiyasının funksioneri Əvəz Temirxan, hüquqşünas Xalisə Şahverdiyeva, jurnalist Sədrəddin Soltan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, “Gənc Fikir” İctimai Birliyinin sədri Polad Aslanov və başqaları çıxış edərək jurnal haqqında fikirlərini bildirdilər.