Yaxın günlərdə jurnalistlərin vaksinasiyasının mexanizmləri açıqlanacaq

Yaxın günlərdə jurnalistlərin vaksinasiyasının mexanizmləri açıqlanacaq
MEDİA
16:11 05.04.2021
379
Azərbaycan Mətbuat Şurası üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasında (World Association of Press Councils (WAPC) jurnalistlərin ayrı-ayrı ölkələrin nəzərdə tutduqları qrafikdən kənar vaksinasiyası ilə bağlı məsələ qaldırıb.

Bu barədə AZXEBER.COM-a Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, təşəbbüs assosiasiyanın digər üzv təşkilatları tərəfindən müsbət qarşılanıb: "Qurum bununla bağlı dünya ölkələrinin hökumətlərinə müraciət ünvanlayıb.

Müraciətdə bildirilib ki, informasiyalı olmaq hər bir şəxsin başlıca hüquq və azadlıqlarındandır. Jurnalistlər isə bunun təmin olunmasında mühüm rol oynayırlar. Onlar özlərinin vəzifələrini həyata keçirərkən müxtəlif əhali kateqoriyaları içərisində olurlar. Bu peşə sahiblərini nəinki sıravi şəxs, eyni zamanda insanlara informasiya çatdıran vasitəçi kimi qorumağa ehtiyac var. İndiyədək dünyada 600-dən artıq jurnalistin COVID-19-un qurbanına çevrildiyinin, çoxlu sayda media təmsilçisinin virusa yoluxaraq sağaldığının, bir çoxunun müalicəsinin davam etdiyinin vurğulandığı müraciətdə o da bildirilib ki, pandemiyanın bəşəriyyəti təhdid etdiyi durumda xəstəliyin jurnalistlərin fəaliyyətlərinə mənfi təsiri özünü müxtəlif təzahür formaları ilə göstərməkdədir. Nəticə etibarilə bütövlükdə cəmiyyətin informasiya tələbatını yerinə yetirən media sektoru ziyan görməkdədir. İnsanlar isə qapanma və izolyasiya tədbirlərinə, habelə ümumən COVID-19-un mövcud durumunun xüsusiyyətlətinə dair mütəmadi məlumatlarla təmin edilməlidirlər".

Qeyd olunub ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin COVID-19 əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb.

"Azərbaycan Mətbuat Şurasının "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə əldə etdiyi razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Bununla bağlı mexanizm yaxın günlərdə açıqlanacaq", - məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
18:48 16.07.2025
Hindistanda musson yağışlarında ölənlərin sayı 104-ə yüksəlib
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
18:34 16.07.2025
Ukrayna parlamenti hərbi xərclərin artırılmasına dəstək verib
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
18:21 16.07.2025
Netanyahu: Suriyaya zərbələrdə İsrailin bütün qüvvələri iştirak edir
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
18:09 16.07.2025
Gürcüstanda polislərə hücum olub, 3 əməkdaş yaralanıb
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
17:55 16.07.2025
Reper "Epi"nin saxlanılma səbəbi məlum oldu
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
17:53 16.07.2025
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
17:51 16.07.2025
"Azərbaycan-Türkmənistan münasibətlərində siyasi dialoq bütün sahələrin inkişafının təməlidir"
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub