Yaxın iki günə olan hava proqnozu açıqlanıb

Yaxın iki günə olan hava proqnozu açıqlanıb
Bütün Xəbərlər
18:15 12.09.2013
927

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 16-19, gündüz 23-27 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında sentyabrın 13-də bəzi yerlərdə yağış yağacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında temperaturun normal sutkalıq gedişi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

OXŞAR XƏBƏRLƏR