Yayım Şurasının sədri: Jurnalistlər yazıb, guya ki, Balakişi Qasımov İTV-nin baş direktoru seçilib

Yayım Şurasının sədri: Jurnalistlər yazıb, guya ki, Balakişi Qasımov İTV-nin baş direktoru seçilib
MEDİA
14:17 14.05.2018
5189
İTV-nin Yayım Şurasının sədri Muxtar İmanov Balakişi Qasımovun  İTV-nin baş direktoru seçilməsi ilə bağlı bir neçə gün öncə yayılan xəbərə aydınlıq gətirib.
 
Muxtar İmanov Lent.az-a açıqlamasında bildirib ki, bu məsələ jurnalistlər tərəfindən yanlış təqdim olunub: "Mayın 1-də Cəmil Quliyev ərizə ilə Yayım Şurasına müraciət edərək səhhəti ilə əlaqədar bu vəzifədən getmək istədiyini bildirmişdi.
 
Mayın 11-də İTV-nin Yayım Şurası öz iclasında həm C. Quliyevin ərizəsini, həm də onun səlahiyyətlərinin müvəqqəti olaraq kimə həvalə olunmasını müzakirə elədi. Qərara gəldik ki, C. Quliyevin səlahiyyətləri müvəqqəti olaraq, yeni seçki keçirilənək Balakişi Qasımova verilsin. Sadəcə bu məsələ jurnalistlər tərəfindən yanlış qələmə verilib, guya ki, B. Qasımov İTV-nin baş direktoru seçilib. MTRŞ-nin elan elədiyi müsabiqənin nəticəsinə əsasən, daha çox səsi kim toplayacaqsa, İTV-nin baş direktoru da o olacaq".
OXŞAR XƏBƏRLƏR