Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi

Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi
İQTİSADİYYAT
16:58 24.09.2020
732
Yelo Bank-dan növbəti yenilik.
 
AZXEBER.COM xəbər verir ki, bu dəfə Bank korporativ müştərilərin məsafədən xidməti üçün yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi. Yeni xidmət müştərilər üçün özünəməxsus dizaynı və rahatlığı ilə seçilir. Artıq müştərilər harada olmaqlarından asılı olmayaraq, filiala gəlmədən, günün istənilən saatında yeni xidmətin bir çox faydalı funksiyalarından yararlana biləcək:

• Gücləndirilmiş elektron imza (Asan imza) və OTP ilə daxil olma və əməliyyatların təsdiqi imkanı

• Bir və ya bir neçə hesab üzrə gəlir və xərclərin dinamikasının qrafikini izləmək imkanı

• Ödənişlərin müddətini əhəmiyyətli dərəcədə azaldacaq şablonların yadda saxlanılması və avtomatik ödənişlərin yaradılması funksiyaları

•  Məzənnənin rezervasiyası imkanı. Bu funksiya optimal valyutanın alış-satış nisbətini əldə etməyə imkan verir

• Kredit sifarişi

• Kreditlər haqqında məlumat və ödəniş cədvəli

• Kartların onlayn idarəedilməsi (mədaxil, bloklaşdırma, blokdan çıxarılma)

• Bütün işçilərin əmək haqlarının bir dəfəyə ödənilməsi imkanı

• Fərdi funksionallığı olan işçilərin əlavə edilməsi

• Kütləvi ödənişlər

• Hesabdan çıxarışların avtomatik göndərilməsi

• Xarici köçürmələr

• SMS bildiriş

• Xəbərlər bloku.

Bütün bu funksiyalar şirkətlərin işini rahatlaşdırmaq, sənədləşmənin həcmini azaltmaqla yanaşı, şirkət hesabları və əməliyyatlarına nəzarəti də gücləndirəcək. Yelo Bank müştəriləri onlayn qeydiyyatdan keçə (https://ibank.yelo.az/en/login), yeni müştərilər isə internet bankçılıq xidmətinin bütün üstünlüklərindən yararlanmaq üçün Yelo Bank-da hesab aça bilər.

Yeni xidmətin təqdimat videosu: https://bit.ly/ibankvid

Layihə Corezoid Process Engine texnologiyasının bazası əsasında Yelo Bank-ın texnoloji tərəfdaşı olan Middleware (ABŞ) şirkəti ilə birgə hazırlanılıb. İnternet bankçılıq xidmətinin istifadəyə verilməsi bankın rəqəmsallaşma istiqamətində atdığı mühüm addımlardan biridir. Yelo-nu izləməyə davam edin. Çünki tezliklə öz yenilikləri ilə sizin bankçılıq təcrübənizi dəyişəcək.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı