Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Saud Yəməndə husilərə qarşı vuruşan Ərəb Koalisiyası qüvvələrinin rəhbəri general-leytenant Fəhd bin Həməd bin Əbdüləziz Əl-Salmanı vəzifəsindən azad edib.
"Arab News”un xəbərinə görə, Fəhd bin Həməd Səudiyyə Ərəbistanı müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Baş Qərargah rəisi, general-leytenant Fəyyad bin Hamed ər-Rüveyli isə Yəməndə Birləşmiş Qüvvələrin (Ərəb koalisiyası) komandanı təyin edilib.
Məlumata görə, kral fərmanı ilə Fəyyad bin Hamed ər-Rüveylinin hazırkı vəzifəsini saxlamaqla yanaşı, yeni vəzifəni də icra etməsi qərara alınıb.











































