Yenə donacağıq:Temperatur mənfi 8 dərəcəyə enəcək

Yenə donacağıq:Temperatur mənfi 8 dərəcəyə enəcək
Bütün Xəbərlər
12:18 03.02.2012
2502

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 8 dərəcə şaxtayadək enəcək. 

Bu barədə AZXEBER.COM-a cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundanbildiriblər.

Paytaxtda və yarımadada gecə bəzi yerlərdə az qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Fevralın 4-də hava şəraiti nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcək.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava, lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun mənfi 23-28° olacağı gözlənilir, yollar buz bağlayacaq.

OXŞAR XƏBƏRLƏR