Yeni dərs ili ailələrə neçəyə başa gələcək? - Qiymətlər bu qədər bahalaşıb

Yeni dərs ili ailələrə neçəyə başa gələcək? - Qiymətlər bu qədər bahalaşıb
ÖZƏL
12:47 10.08.2026
224
Yeni tədris ilinin yaxınlaşması ilə ailələrin əsas qayğılarından biri də məktəbə hazırlıq xərcləridir. Hər il avqust ayının sonu və sentyabrın əvvəllərində məktəbə hazırlıq məsələsi valideynlərin əsas gündəminə çevrilir. Məktəbli forması, dəftər-qələm, çanta və digər zəruri ləvazimatların qiyməti xüsusilə çoxuşaqlı ailələrin büdcəsinə ciddi təsir göstərir.

Bəs bu il bir şagirdin məktəbə hazırlanması ailələrə orta hesabla neçəyə başa gələcək və qiymətlərdə ötən illə müqayisədə necə bir dəyişiklik var?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu il bir şagirdin məktəbə hazırlığı əvvəlki illə müqayisədə təxminən 10-15 faiz daha baha başa gələ bilər:

"Dəqiq məbləğ demək çətindir. Çünki ailələr arasında seçimlər və maddi imkanlar fərqlidir. Məsələn, bir ailə övladına 150 manatlıq çanta alır, digər ailə isə 20 manatlıq çantaya üstünlük verir. Bu baxımdan məktəbə hazırlığın ümumi xərci ailənin maddi vəziyyətindən asılıdır”.


İqtisadçı qeyd edib ki, bu xərclər ailələr üçün kifayət qədər maliyyə yükü yaradır:

"Orta hesabla götürsək, bir şagirdin məktəbə hazırlanması ailə büdcəsinə təxminən 300-400 manat civarında başa gələ bilər. Buraya geyim, ayaqqabı, dəftərxana ləvazimatları və çanta kimi əsas xərclər daxildir. Bütün bunlar ailələr üçün kifayət qədər ciddi maliyyə yüküdür”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR