'Yeni Media Akademiya' başladı - FOTOLAR

GƏNCLİK
01:53 17.05.2012
2136
15 May 2012-ci il tarixində "İRƏLİ" Gənclik Mərkəzində "Yeni Media Akademiya" layihəsinin ilk gününə start verildi. Akademiyanın ilk dərs günündə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq elmləri namizədi Vüsal Quliyev gənclərə "Media Hüququ" fənnindən dərs keçmiş və mətbuat azadlığından danışmışdır. Daha sonra Mərmərə Universitetinin jurnalistika fakültəsi doktorantura məzunu, fəlsəfə elmləri doktoru Vəfalı Ənsərov gənclərə xəbərçilik nəzəriyyəsi haqqında danışmışdır. Gənclərə xəbərin necə yaranması, hansı qaynaqlara istinad olunması barədə ətraflı məlumat vermişdir. Həmçinin akademiyanın ilk dərs günündə gənclərin iştirakıyla debat baş tutmuşdur. Xatırladaq ki, layihəyə 120 nəfər ərizə ilə müraciət etmişdir. Seçim iki hissə olmaqla yazı və müsahibə yolu ilə aparılmış və sonda 30 nəfər akademiyada iştirak hüququ qazanmışdır. Qeyd edək ki, layihənin əsas məqsədi medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirib, operativ və effektiv şəkildə məlumatları çatdırma qabiliyyətli, professional gənc jurnalistlər yetişdirib, bu sahədə təcrübə qazanma şansı verərək milli mətbuat məkanında fəaliyyət göstərmələrini təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR