'Yeni Müsavat'la 'Azadlıq'ın davası böyüyür

MEDİA
13:00 05.07.2013
2584
Son günlər müxalif düşərgənin aparıcı qəzetlərindən hesab olunan "Yeni Müsavat" və "Azadlıq" qəzetləri arasında gərginlik yaşanır. 
AZXEBER.COM-un məlumatına görə, bundan öncə də 2 qəzet arasında mübahisələr yaranmış, qəzetin əməkdaşları, köşə yazarları atmacalarla yadda qalmışdılar. 
Bu dəfəki mübahisəyə səbəb isə həbsdə olan NİDA-çı Zaur Qurbanlının bloq yazısıdır. Gənc fəal bloqunda qeyd edib ki, həbsxanada məhbuslara "Yeni Müsavat" qəzeti verilir, "Azadlıq" qəzeti isə yox. NİDA-çı gənc yazısında "Yeni Müsavat" qəzetini sərt tənqid edib, hətta qəzeti iqtidara satılmaqda ittiham edib. Zaur Qurbanlının bloq yazısı sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb. "Azadlıq" qəzetinin bəzi əməkdaşları bu yazını sevinc hissiylə paylaşıblar və "Azadlıq"ı hegemon müxalif qəzeti adlandırıblar. Zaur Qurbanlının ittihamlarına cavab isə gecikməyib. Qəzetin bu günkü sayında ""Zaur Qurbanlıya “Yeni Müsavat” verilməsinin “sirri”" adlı yazı işıq üzü görüb. Yazıda qeyd olunub: "Zaur Qurbanlıya, eləcə də digər siyasi motivlə həbs edilmiş şəxslərə “Yeni Müsavat” qəzeti ona görə verilir ki, “Arxadan zərbə” filmində müstəntiq Gündüz Kərimbəylinin sözü olmasın, bunu biz istəyirik. Siyasi məhbusların redaksiyamızın hesabına qəzetə abunə yazdırılmasını “Yeni Müsavat” qəzetinin rəhbərliyindən Müsavat Partiyasının başqanı İsa Qəmbər xahiş edib və uzun çəkən prosedurlardan, hətta məhkəmə çəkişməsinə getdikdən sonra bu nəticə hasil olunub""Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu məsələylə bağlı şəxsi "facebook" səhifəsində yazıb: "Demokratik düşərgəni təmsil edən və həbsdə yatan bütün siyasi məhbuslara xüsusilə, Nidaçı gənclərə qəzet verilməsi ilə bağlı Yeni Müsavat rəhbərliyi Pentensianar Xidmətə müraciət edib, qəzet özümüzdən, üstəlik Rauf Arifoğlu öz cibindən yayım şirkətinə pul verərək həmin qəzetlərin lazımı ünvanlara çatdırılması ilə bağlı böyük bir iş görüb. Amma, qəzetləri Zaurgilə vermək əvəzinə Gülər Əhmədovaya veriblər. İndi hay-küy salıblar ki, guya biz hakimiyyətə işləyirik və elə buna görə də uşaqlara qəzet vermirik. Bəs Azadlıq qəzeti bu yöndə hansı işləri görüb? cavab : HEÇ ZAD!"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
14:33 26.08.2025
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi
14:30 26.08.2025
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi