AZXEBER.COM-un məlumatına görə, bundan öncə də 2 qəzet arasında mübahisələr yaranmış, qəzetin əməkdaşları, köşə yazarları atmacalarla yadda qalmışdılar.
Bu dəfəki mübahisəyə səbəb isə həbsdə olan NİDA-çı Zaur Qurbanlının bloq yazısıdır. Gənc fəal bloqunda qeyd edib ki, həbsxanada məhbuslara "Yeni Müsavat" qəzeti verilir, "Azadlıq" qəzeti isə yox. NİDA-çı gənc yazısında "Yeni Müsavat" qəzetini sərt tənqid edib, hətta qəzeti iqtidara satılmaqda ittiham edib. Zaur Qurbanlının bloq yazısı sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb. "Azadlıq" qəzetinin bəzi əməkdaşları bu yazını sevinc hissiylə paylaşıblar və "Azadlıq"ı hegemon müxalif qəzeti adlandırıblar. Zaur Qurbanlının ittihamlarına cavab isə gecikməyib. Qəzetin bu günkü sayında ""Zaur Qurbanlıya “Yeni Müsavat” verilməsinin “sirri”" adlı yazı işıq üzü görüb. Yazıda qeyd olunub: "Zaur Qurbanlıya, eləcə də digər siyasi motivlə həbs edilmiş şəxslərə “Yeni Müsavat” qəzeti ona görə verilir ki, “Arxadan zərbə” filmində müstəntiq Gündüz Kərimbəylinin sözü olmasın, bunu biz istəyirik. Siyasi məhbusların redaksiyamızın hesabına qəzetə abunə yazdırılmasını “Yeni Müsavat” qəzetinin rəhbərliyindən Müsavat Partiyasının başqanı İsa Qəmbər xahiş edib və uzun çəkən prosedurlardan, hətta məhkəmə çəkişməsinə getdikdən sonra bu nəticə hasil olunub""Yeni Müsavat" qəzetinin əməkdaşı Fərahim İlqaroğlu məsələylə bağlı şəxsi "facebook" səhifəsində yazıb: "Demokratik düşərgəni təmsil edən və həbsdə yatan bütün siyasi məhbuslara xüsusilə, Nidaçı gənclərə qəzet verilməsi ilə bağlı Yeni Müsavat rəhbərliyi Pentensianar Xidmətə müraciət edib, qəzet özümüzdən, üstəlik Rauf Arifoğlu öz cibindən yayım şirkətinə pul verərək həmin qəzetlərin lazımı ünvanlara çatdırılması ilə bağlı böyük bir iş görüb. Amma, qəzetləri Zaurgilə vermək əvəzinə Gülər Əhmədovaya veriblər. İndi hay-küy salıblar ki, guya biz hakimiyyətə işləyirik və elə buna görə də uşaqlara qəzet vermirik. Bəs Azadlıq qəzeti bu yöndə hansı işləri görüb? cavab : HEÇ ZAD!"