“Yeni Nəsil” Jurnalistlər Birliyi Rafiq Tağıyla bağlı bəyanat yaydı (MƏTN)

“Yeni Nəsil” Jurnalistlər Birliyi Rafiq Tağıyla bağlı bəyanat yaydı (MƏTN)
MEDİA
18:20 24.11.2011
2029
“CƏZASIZLIQ MÜHİTİ SÖZ DÜŞMƏNLƏRİNİ YENİ CİNAYƏTLƏRƏ HƏVƏSLƏNDİRİR”Yeni Nəsil” Jurnalistlər Birliyi noyabrın 24-də bəyanat yayıb. AZXEBER.COM-un məlumatına görə, bəyanatda deyilir:

2004-cü il noyabr ayının 23-də Azərbaycanda son 20 ildə qətlə yetirilmiş jurnalistlərin sayı ona çatdı. Tanınmış jurnalist və yazar Rafiq Tağı naməlum şəxs tərəfindən bıçaqlandıqdan dörd gün sonra xəstəxanada keçindi.

Rafiq Tağının mətbuatda çıxışları dəfələrlə gərgin ictimai müzakirələrə səbəb olub. Bu, çoxlarında etiraz doğursa da, demokratik cəmiyyətin mühüm elementlərindən biridir: hətta ən qıcıqlandırıcı formada ifadə edilmiş fərqli fikrə də dözümlə yanaşmaq, çoxluq tərəfindən qəbul edilmiş əxlaq normaları baxımından yanlış hesab edilən ideyaların qarşısına güllə ilə, bıçaqla, qandalla deyil, sözlə çıxmaq lazımdır. Biz əminik ki, Rafiq Tağıya hücum onun peşə fəaliyyəti ilə əlaqədardır. Jurnalistlərə qarşı şəxsi motivlərlə sui-qəsdlər təşkil edilmir. Azərbaycanda peşə fəaliyyəti ilə bağlı öldürülmüş on jurnalistin hamısının qətlinin arxasında siyasi motivlər dayanır. Rafiq Tağıya hücumun kimlər tərəfindən təşkil olunması barədə müxtəlif ehtimallar irəli sürülür. Bu ehtimalları araşdırmaq, Rafiq Tağının qatilini və qətlin sifarişçilərini tapıb üzə çıxarmaq ölkənin hüquq-mühafizə orqanlarının ümdə vəzifəsi olmalıdır. Əks təqdirdə, bu cinayətə görə məsuliyyətin bir qismi də hakimiyyətin üzərinə düşəcək. Təkcə ona görə yox ki, hökumət bütün açılmamış cinayətlərin məsuliyyətini bölüşməlidir. Həm də ona görə ki, son illərdə çoxsaylı fiziki təzyiqlərə və sui-qəsdlərə məruz qalmış jurnalistlərə qarşı hücumların tam əksəriyyəti üzrə cinayətkarlar cəzasız qalıblar və biz Rafiq Tağının qətlini bunun məntiqi nəticəsi kimi qəbul edirik. Cəzasızlıq mühiti sözün düşmənlərini yeni cinayətlərə həvəsləndirir. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi