Yeni təhlükəsizlik bilərziyi: 3 saniyədə şişən xilasedici cihaz

Yeni təhlükəsizlik bilərziyi: 3 saniyədə şişən xilasedici cihaz
MARAQLI
14:23 29.06.2026
439
Yaponiyada su fəaliyyətləri zamanı təhlükəsizliyi artırmaq məqsədilə hazırlanmış yeni "təcili vəziyyət bilərziyi” satışa təqdim olunub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, cihaz üzgüçülər, sörfçülər və digər su idmanı həvəskarları üçün nəzərdə tutulub və boğulma riskinə qarşı əlavə təhlükəsizlik vasitəsi kimi təqdim edilir.

Məlumata görə, istifadəçi su altında kramp, panika və ya digər fövqəladə vəziyyətlə üzləşdikdə bilərzikdəki xüsusi mexanizmi işə salır. Bunun üçün sadəcə mandalı çəkmək kifayətdir. Aktivləşən sistem karbon dioksid balonu vasitəsilə içərisindəki hava yastığını açaraq onu cəmi 3 saniyə ərzində şişirdir.

Şişən şamandıra istifadəçini suyun səthinə çıxarır və başının su üzərində qalmasını təmin edir. Bu, boğulma riskini minimuma endirməyə kömək edir.

Kiçik ölçüsünə baxmayaraq, cihaz yüksək qaldırma gücünə malikdir və 124 kiloqrama qədər olan şəxsləri suda saxlaya bilir. Bilərzikdə eyni zamanda kompas və fövqəladə siqnal fiti də mövcuddur. Cihazın qaz balonu dəyişdirildikdən sonra təkrar istifadə oluna bildiyi bildirilir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR