“AzeriTurk.Az İnformasiya Agentliyi Türkiyə ilə Azərbaycan arasında münasibətlərin inkişafı əsas hədəfimizdir”
Azərbaycanda yeni xəbər portal fəaliyyətə başlayıb. AzeriTurk.Az İnformasiya Agentliyinin təsisçisi Aynur Babasoyun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsidir: “Əsas məqsədimiz Azərbaycanın həqiqətlərinin – Qarabağ problemi və Xocalı soyqırımının dünyaya yayılması, Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı, iki ölkə arasında qarşılıqlı əlaqələrə tövhə verməkdir”.
Xatırladaq ki, portalın baş redaktoru Nicat Müslümovdur.