Yenidən məhkəmədə üz-üzə gələcəklər

Yenidən məhkəmədə üz-üzə gələcəklər
MAQAZİN
01:40 08.10.2026
155
Dünyaca məşhur müğənni Şakira və "Barselona”nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər.

"EL PAÍS” nəşri xəbər verir ki, 2023-cü ilin aprelindən bəri 13 yaşlı Milan və 11 yaşlı Saşa anaları ilə birlikdə Mayamidə yaşayırlar.

Nəşr yazır ki, Şakira uşaqların davamlı uzun uçuşlara vaxt itirməməsi üçün görüş cədvəlinin dəyişdirilməsini tələb edir. Sənədlərə əsasən, müğənni uşaqların atası ilə keçirdiyi vaxtı azaltmaq niyyətində olmadığını, sadəcə səfər əziyyətini valideynlər arasında bölüşdürmək istədiyini vurğulayıb.

Şakiranın fikrincə, Pike qısa tətil günlərində uşaqları görmək üçün Mayamiyə özü gəlməlidir. Tez-tez baş verən uçuşlar və saat qurşağının dəyişməsi uşaqların məktəb və sosial həyatına, eləcə də psixoloji rahatlığına mənfi təsir göstərir.

Xatırladaq ki, cütlük 2010-cu ildən görüşməyə başlayıb, lakin 2022-ci ilin yayında Pikenin xəyanəti səbəbindən yolları ayrılıb. Bir qədər əvvəl Şakira Pikenin yeni sevgilisinin uşaqların yanında olmasına da qadağa qoymuşdu.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR