Şənbə günü axşam Yer kürəsində maqnit fırtınası qeydə alınıb.
Hazırda kosmik hava monitorinqinə görə, Yer kürəsinin maqnit sahəsinin pozulma dərəcəsi beş göstəricidən ibarət şkala üzrə "zəif" hesab olunan G1 səviyyəsindədir. Burada G5 son dərəcə güclü sayılır.
Yerə yaxınlaşan günəş plazma buludunun yaratdığı G2 maqnit fırtınası oktyabrın 9-da Bakı vaxtı ilə saat 19:00-dan sonra gözlənilir. Bundan əlavə, mütəxəssislər oktyabrın 11-də də maqnit fırtınasının baş verə biləcəyini qeyd ediblər.
///teleqraf///











































