Yevlax rayon icra Hakimiyyətindən özünü yandıran şəxslə bağlı - AÇIQLAMA

Yevlax rayon icra Hakimiyyətindən özünü yandıran şəxslə bağlı -  AÇIQLAMA
Bütün Xəbərlər
15:58 27.01.2014
1709

İcra Hakimiyyətinin nümayəndələri Nizami Kərimova baş çəkmək üçün xəstəxanaya gediblər

Özünü yandıran Yevlax rayon sakini Nizami Kərimovun işi ilə bağlı Yevlax Rayon İcra Hakimətində araşdırma aparılır. Yevlax rayon icra başçısının köməkçisi əvəzi Taleh Rəşidov verdiyi məlumata görə, özünü yandıran N. Kərimovun vəziyyətinin öyrənilməsi məqsədi ilə xəstəxanaya İcra Hakimiyyətinin xüsusi nümayəndələri göndərilib. Xatırladaq ki, Nizami Sosial Müdafiə Fondunun Yevlax şöbəsində özünü yandıran Yevlax rayon sakini Nizami Kərimova ilkin tibbi yardım göstərilib. Baş həkim zərərçəkənin ağır bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirildiyini deyib. Nizami Kərimov hazırda danışa bilmir. Özünü yandıran şəxs üçün Bakıdan xüsusi olaraq həkim çağırılıb. Yevlax rayon sakini Nizami Kərimov Nizami Sosial Müdafiə Fondunun Yevlax şöbəsində özünü yandırıb. ANS PRESS-in bölgə müxbirin verdiyi məlumata görə, Nizami Kərimov hazırda xəstəxanadadır.

OXŞAR XƏBƏRLƏR