xari

Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

SOSİAL
14:59 16.01.2021
3523
Daxili İşlər Nazirliyi Dəyişkən hava şəraiti ilə əlaqədar olaraq yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülərə avtomobil idarə edərkən diqqətli olmaqla bağlı çağırış edib.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev məlumat verib. 

O bildirib ki, ölkə ərazisində avtomobil yollarının buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib:

"Milli Hidrometeorologiya Xidməti yanvarın 21-22-də respublika ərazisində çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ilə bağlı məlumat yayıb. Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərdən qarlı havada və buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur.

Yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimlənməlidirlər. Həmçinin, sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur”.

DYP rəsmisi onu da bildirib ki, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin avtomobil idarə etmələri həm özlərinin, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yarada bilər:

"Bunları nəzərə alaraq həmin sürücülərin qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:44 07.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

14:30 07.03.2021

Qonşusunun evində oğluna toy etdi, polis gəldi – FOTO

14:10 07.03.2021

Neft Daşlarında dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA

13:45 07.03.2021

Qadağalar taksi qiymətlərini “ceyran beli”nə qaldırdı – VİDEO

13:36 07.03.2021

Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEOMÜSAHİBƏ

13:30 07.03.2021

Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - Video

13:10 07.03.2021

Həcc ziyarətləri başlaya bilər: Məscidlər nə vaxt açılır? – Hacı Şahin aydınlıq gətirdi

12:56 07.03.2021

Müdafiə Nazirliyindən vaksinasiya olunan hərbi qulluqçularla bağlı - Açıqlama

12:45 07.03.2021

"Azərbaycan qadın hüquqlarına dəyər verən dövlətlər arasında öndə gedir" - Ruhi Əliyeva "Azərbaycan" qəzetində

12:31 07.03.2021

“Yoluxma sayının artmasını böyütməyək”

12:19 07.03.2021

Ermənistanlı keçmiş hərbçi: “Qarabağla bağlı razılıq olmasaydı, ordumuz tamamilə məhv ediləcəkdi” - VİDEO

12:06 07.03.2021

Vilayət Eyvazov rəisi işdən çıxarıb yeni vəzifə verdi

11:56 07.03.2021

Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu

11:14 07.03.2021

Türkiyə xəbərdarlıq etdi: İcazə verilməməlidir!

10:57 07.03.2021

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə peyvəndlə bağlı kommünike qəbul edilib

10:40 07.03.2021

İşğaldan azad edilmiş Füzuli rayonunun Qarakollu kəndi - VİDEO