Gənc oğlan cəza almamaq üçün sürücülük vəsiqəsini yeyib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çində baş verib. Təlim avtomobilinin üzərindəki işarəni götürən sürücülüyə namizəd oğlan yol polisi tərəfindən saxlanılıb.
Polis qanunu pozan gəncə verilən ilkin sürücülük vəsiqəsini tələb edib. Gənc vəsiqəni polisə verməmək üçün onu yeyib.
Sürücünün bu hərəkətindən qəzəblənən polis onu birdəfəlik sürücülük hüququndan məhrum edib.
Leyla Rəhimli