Yol polisinin mobil telefonla danışmasına reaksiya - FOTO
Bütün Xəbərlər
14:46 04.11.2014
1638
Bu gün sosial şəbəkələrdə yol polisinin xidməti maşınında mobil telefonla danışmağı barədə foto yayılıb.AZXEBER.COM-un məlumatına görə, bu barədə Facebookda paylaşılan fotoda yol polisinin maşında sükan arxasında telefonla danışdığı əks olunur. Şəkilə verilən şərhlərdə isə bildirilir ki, polis maşın sürərkən yol qaydalarını pozur.Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, burada heç bir qanun pozuntusu yoxdur. Onun sözlərinə görə, operativ nəqliyyat vasitələrində sürücüləri lazım olarkən sükan arxasında əlaqə vasitələrindən istifadə edə bilərlər."Operativ nəqliyyat, təcili yardım, yanğınsöndürən, yol polisi və polislər maşın idarə edərkən rabitə vasitələrindən istifadə edə bilərlər. Ratsiya, olmadıqda isə mobil telefonla danışa bilərlər. Bu xidmət çərçivəsində ola bilər", - deyə Kamran Əliyev bildirib.