"Yol qəzaları ilə bağlı cinayətlərə görə saxlanılan məhkumların sayı 7 dəfə artıb" - Fikrət Məmmədov

"Yol qəzaları ilə bağlı cinayətlərə görə saxlanılan məhkumların sayı 7 dəfə artıb" -  Fikrət Məmmədov
Bütün Xəbərlər
12:58 15.11.2013
863

"Yol nəqliyyat hadisələri zamanı ölənlərin sayı il ərzində 1200 nəfərə çatıb. Bu məsələ bizi narahat edir". Bunu ədliyyə naziri Fikrət Məmmədov Ali Məhkəmənin Plenumunda bildirib.

Onun sözlərinə görə, son 10-12 ildə nəqliyyat vasitələrinin sayının 2,5 dəfə artması və qaydalara əməl edilməməsi yol qəzalarının sayının artmasına təsir edir: "Yol nəqliyyat hadisələri ilə bağlı cinayətlərin sayı 2001-ci ildə ümumi cinayətlərin 3,4 faizini, 2006-cı ildə 6, 2012-ci ildə isə 12 faizini təşkil edib".

Nazir qeyd edib ki, cəzaçəkmə müəssisələrində yol nəqliyyat hadisələri ilə bağlı törədilmiş cinayətlərə görə saxlanılan məhkumların sayı 7 dəfə artaraq ümumi məhkumlarının sayının 15 faizinə çatıb: "Məhkəmələrdə bununla bağlı vahid təcrübə olmaması səbəbindən yerli instansiya məhkəmələrində verilən qərarların 45 faizi apelyasiya məhkəmələri tərəfindən ləğv olunub".

Onun sözlərinə görə, ötən dövrdə yol verdiyi nöqsanlara görə 4 hakimin fəaliyyətinə xitam verilib, 6 hakimin iş yeri dəyişirilib, 39 hakim isə ciddi intizam məsuliyyətinə cəlb edilib: "Bütün bunlar qanunvericilikdə müəyyən dəyişiklərin qəbul edilməsinə zərurət yaradır".(TREND)

OXŞAR XƏBƏRLƏR