Bakı Ağır Cinayətlər Məhkəməsində 33 yaşlı Yasamal rayon sakini Ramin Əkbərovun məhkəməsi başlayıb.
Gün.Az-ın məlumatına görə, yol üstə düşən mübahisə zamanı qəsdən adam öldürməkdə təqsirləndirilən R.Əkbərovun məhkəməsi hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilir.İttihama görə, bu il mayın 27-də Yasamal rayonu Ümid Əkbərov küçəsi, 84 ünvanında Əkbərov Ramin Talışxan oğlu həmyaşıdı Salamov Etibar Kəmaləddin oğlunu bıçaqlayaraq qətlə yetirib.Tanış olmayan şəxslər arasında mübahisə Ramin Əkbərovun idarə etdiyi avtomobillə Etibar Salamovun avtomobili üz-üzə gələndə baş verib. Bir-birinə yol verməyən sürücülər avtomobildən düşərək dava ediblər, nəticədə Ramin bıçaqla Etibarı qətlə yetirib.