AZXEBER.COM xəbər verir ki, YURD TV-nin bağlanmasından sonra telekanalın xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova sosial şəbəkədə ürək sözlərini yazıb.
O kollektivinə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb: "3 il 1 ay 10 gün....Bu da bir yolun sonu, yəqin ki, başqa bir yolun başlanğıcıdır. Sevinirəm ki, Azərbaycanda internet TV yaradanlardan biriyəm, bununla qürur duyuram.
3 il ərzində birlikdə çalışdığım insanların hamısına təşəkkür edirəm, uğurlar arzulayıram. Allah hansı qapını döysələr, o qapını üzlərinə maneəsiz açsın. Yolunuz açıq və işıqlı olsun, sevimli Yurd TV kollektivi!"