Azərbaycan Dövlət “YUĞ” teatrının binasının söküləcəyi ilə bağlı məlumat yayılıb.Məlumatı teatrın aktyorları verib. Bildiriblər ki, teatrın yerləşdiyi tarixi bina söküləcək və bununla bağlı rəhbərliyə bir həftə vaxt verilib.Azərbaycan Dövlət “YUĞ” teatrı tarixi binanın söküləcəyinə xəbərinə aydınlıq gətirib.Teatrın mətbuat xidmətinin rəhbəri Könül Cəfərovaaçıqlamasında bildirib ki, Murtuza Muxtarov 83 ünvanında yerləşən tarixi binanın söküləcəyinə dair rəhbərliyə aidiyyəti qurumlardan heç bir rəsmi məlumat verilməyib:“Bina söküləcəksə, bu, dövlət proqramı əsasında şəhərsalma planına uyğun olaraq aparılacaq. Lakin hələki heç bir məlumatımız yoxdur”.