Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı sürücü, Göyçay rayon sakini 1968-ci il təvəllüdlü Əhliman Qəfərov vəfat edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo///











































